Bu gün Misli Premyer Liqasında 26-cı tura yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, sonuncu oyun gününün ikinci görüşündə “Zirə” “Şamaxı”nı qəbul edib. Oyunun baş hakimi Elçin Məsiyev olub. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Turun qapanış matçında isə “Araz-Naxçıvan” lider “Sabah”la üz-üzə gələcək.

Daha öncə “Kəpəz” “Qəbələ”yə (0:2), “Sumqayıt” “Neftçi”yə (1:3) uduzub, “Qarabağ” “Karvan”a (7:0) qalib gəlib. “İmişli” – “Turan Tovuz” matçında qalib müəyyənləşməyib – 1:1.

Misli Premyer Liqası
26-cı tur

7 aprel

“Zirə” – “Şamaxı” 1:1
Qollar: Leroy Mikels, 69 – Edqar Adilxanov, 90+2.
Hakimlər: Elçin Məsiyev, Rahil Ramazanov, Teymur Teymurov, İnqilab Məmmədov.
Zirə İdman Kompleksinin stadionu, 17:15.

Zirə: 97. Tyaqo Silva, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 4. Ruan Renato (k), 25. Enrike Kustodio, 28. Leroy Mikels, 10. Georgi Papunaşvili, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 11. Junior Martins, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namik Ələskərov, 73. Anatoli Nuriyev, 32. Qismət Alıyev, 21. Hacıağa Hacılı, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 9. Davit Volkov, 30. Rikardo Martins, 20. İssa Cibrilla, 22. Eren Aydın.
Məşqçi: Vüqar Məmməd.
Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 10. Andrey Tırkovyanu, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 88. Rodriqo Fernandes, 44. David Santos.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 27. Emil Süleymanov, 97. Oruc Məmmədov, 7. Edqar Adilxanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 3. Vladislav Veremeyev, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.

Shares: