Monte-Karloda tennis üzrə “Masters” turnirinin ikinci raunduna start verilib.
Yarışların əsas favoritləri sayılan Karlos Alkaras və Yannik Sinner rahatlıqla qalib gələrək 3-cü mərhələyə adlayıblar.
Alkaras argentinalı Sebastyan Baeslə qarşılaşıb. İspan tennisçi ilk setdə 6:1, ikincidə isə 6:3 qalib gəlib.
İtaliyalı Yannik Sinner Uqo Umberlə görüşdə rəqibinə cəmi 3 geym verib – 6:3, 6:0. Bununla da Sinner “Masters”lərdə ardıcıl 18-ci qələbəsini qazanıb. Maraqlıdır ki, o, bütün qələbələrini quru hesabla əldə edib. Sinnerin ardıcıl set qələbələrinin sayı 36-ya çatıb. Bu da tennis tarixinin ən yüksək göstəricisidir.






