Tovuz şəhər stadionunun qazonunda aparılmış yenidənqurma işləri Peşəkar Futbol Liqası (PFL) tərəfindən təftiş olunub.

Futbolinfo.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, keçirilmiş test qarşılaşmasının uğurlu nəticələri nəzərə alınaraq, “Turan Tovuz” klubunun ev oyunlarının Tovuz şəhər stadionuna qaytarılması qərara alınıb.

Bu dəyişiklik aprelin 12-də “Sumqayıt” kollektivinə qarşı keçiriləcək qarşılaşmadan etibarən qüvvəyə minəcək.

Daha əvvəl qərb təmsilçisi ev oyunlarını Bakıdakı “Azərsun Arena”da və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirib.

Shares: