Roberto de Zerbinin ilk işi yaxşı mərkəz hücumçusu tapmaq olacaq. “Tottenhem”in yeni baş məşqçisi forvardların çıxışından narazıdır.
Futbolinfo.az xəbər verir ki, londonluların çalışdırıcısı komanda oyununda bu amilə xüsusi diqqət yetirdiyini deyib: “Oyuna nəzarət etmək istəyirsizsə, “9 nömrə”niz ağıllı olmalıdır. Nə vaxt oynamaq lazım olduğunu, nə vaxt dayanması lazım gəldiyini bilməlidir. Mərkəz hücumçusu bəzi epizodlarda təzyiq göstərməli, bəzi anlarda isə həmkarlarına zona açmalıdır”.
İtaliyalı mütəxəssisin bu barədə danışması təsadüfi deyil. “Tottenhem”in hücumçuları bu mövsüm cəmi 13 qol vura bilib. Bu da komandanın ümumi nəticələrinin pis olmasında rol oynayır.






