Bu gün Misli Premyer Liqasında 26-cı tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, turun son matçında “Araz-Naxçıvan” lider “Sabah”la üz-üzə gəlib. Bu matçı Fərid Hacıyev idarə edib. Altı qolluq matçda “Sabah” inamlı qələbəyə sevinib.
Daha öncə “Kəpəz” “Qəbələ”yə (0:2), “Sumqayıt” “Neftçi”yə (1:3) uduzub, “Qarabağ” “Karvan”a (7:0) qalib gəlib. “İmişli” – “Turan Tovuz” və “Zirə” – “Şamaxı” matçında isə qalib müəyyənləşməyib – 1:1.
Misli Premyer Liqası
26-cı tur
7 aprel
“Araz-Naxçıvan” – “Sabah” 2:4
Qollar: Felipe Santos, 7. Hamidu Keyta, 26 – Velko Simiç, 13. Coy Lens Mikels, 37; 63-pen. Kahim Parris, 81.
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Rəşad Əhmədov.
“Liv Bona Dea Arena”, 19:30.
Araz-Naxçıvan: 94. Tərlan Əhmədli, 3. Bəxtiyar Həsənalızadə (k), 5. Slavik Alxasov, 4. Rahil Məmmədov, 24. Mustafa Əhmədzadə, 6. Patrik Andrade, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala.
Ehtiyat oyunçular: 12. Kristian Avram, 34. Ürfan Abbasov, 8. Coşqun Diniyev, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 86. İbrahim Piriyev, 16. Ramon Maçado, 70. Çarlz Boli, 19. Bar Kohen.
Baş məşqçi: Andrey Demçenko.
Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 6. Abdulla Xaybullayev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 11. Kahim Parris, 7. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 9. Xəyal Əliyev, 70. Cesse Sekidika, 13. İvan Lepinitsa, 22. Zinedin Uld Xaled, 99. Patrik Mbina, 53. Andrey Santos, 19. Aron Maluda.
Baş məşqçi: Valdas Dambrauskas.






