“Zirə” bu gün Premyer Liqanın 26-cı turunda “Şamaxı”nı qəbul edib.

Futbolinfo.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçdan sonra “qartallar”ın məşqçisi Vüqar Məmmədin mətbuat konfransı keçirilib. Məmməd bu gün iki xal itirdiklərini bildirib:

“Çoxsaylı epizodlarla üstünlük təşkil edirdik. Qırmızı vərəqədən əvvəl də, sonra da üstünlük bizim tərəfimizdə idi. 4-5 qol fərqlə oyunu bitirə bilərdik. Əfsuslar olsun ki, bu gün iki xal itirdik.

Hər oyuna maksimum köklənirik, yuxarı pillələrdə yerimizi tutaq. İstər kubok olsun, istərsə də çempionat oyunları olsun, maksimum nəticə göstərmək istəyirk. Çox epizodlardan yararlana bilmədik. Bu, futboldur, demək olar ki, bu gün “Zirə”nin günü deyildi”.

Bakı klubunun baş məşqçisi Rəşad Sadıqov sarı vərəqə limitinin dolmasına görə cəzalı olduğu üçün oyunu tribunadan izləyib.

Shares: