Basketbol üzrə Avroliqa turnirində 8 oyun keçirilib.
Lider “Fənərbağça” ardıcıl 4-cü dəfə məğlub olub. İstanbullular bu dəfə “Hapoel”lə bacarmayıblar – 80:95.
“Jalgiris” evdə “Dubay” komandasına 65:77 hesabı ilə uduzub. Dorsinin 37 xalı sayəsində “Olimpiakos” evdə “Real”a qalib gəlib – 102:88.
Digər ispan-yunan qarşıdurmasında da şərqlilər qalib gəliblər. “Panatinaikos” Barselonada vacib xallar qazanıb – 93:79.
Digər oyunların nəticələri belədir:
Srvena Zvezda – Paris 94:81
Virtus – Bayern 80:85
Valensiya – Milan 102:96
Baskoniya – Makkabi 101:98






