Formula 1-in 2026-cı il qaydalarına potensial dəyişiklikləri müzakirə edəcəyi əsas görüşlərin tarixləri və formatları müəyyən edilib.

“RacingNews365”in məlumatına görə, onlayn formatda ilk görüş  aprelin 9-da FIA texniki direktorlarının, komandalarının və mühərrik istehsalçılarının iştirakı ilə keçiriləcək. Bu, hazırlıq xarakteri daşıyacaq: tərəflər ilk üç yarışdan əldə edilən məlumatları və nəzəri olaraq Mayami Qran-Prisindən əvvəl tətbiq oluna biləcək mümkün dəyişiklikləri müzakirə edəcəklər. Qeyd edək ki, bu sessiya hazırlıq işləri üçün nəzərdə tutulub.

Əsas qərarların aprelin 20-də komanda rəhbərlərinin, FIA nümayəndələrinin və Formula 1-in iştirakı ilə keçiriləcək daha geniş iclasda qəbul edilməsi gözlənilir. Məhz bu iclasda təkliflər səsə qoyula bilər. Mənbənin məlumatına görə, əsas düzəlişlər vaxt aparacaq və qaydaların uzunmüddətli təkmilləşdirilməsinə yönəldiləcək. Bundan sonra hər hansı bir dəyişiklik FIA-nın əsas şurasının yekun təsdiqindən asılı olacaq.

Shares: