“Tottenhem” yenidən Ceyms Trafforda elçi düşüb. Bu qapıçını transfer etmək üçün bir neçə dəfə cəhd edən londonlular yayda məsələyə nöqtə qoymaq istəyir.

Futbolinfo.az xəbər verir ki, “Mançester Siti” yetirməsini satmağın əleyhinə deyil. “Tottenhem” də 23 yaşlı oyunçu üçün tələb olunan 25 milyon avronu normal qiymət kimi qəbul edir. Baş məşqçi Roberto de Zerbi keçidin yekunlaşması üçün klub rəhbərliyini tələsdirir.

Bir neçə dəfə müxtəlif klublara icarəyə verilən, 2023-cü ildə “Bernli”yə 17,3 milyon avroya satılan Trafford sonra geri qaytarılmışdı. Ötənilki dönüş üçün mançesterlilər 31,2 milyon avro xərcləmişdi. Amma Ceyms əsas heyət üzvü olmağı bacarmadı və növbəti ayrılıq real görünür.

Shares: