Misli Premyer Liqasında hakimlik Qazaxıstan mətbuatında da müzakirə obyektinə çevrilib.
Futbolinfo.az xəbər verir ki, yerli KİV çempionat oyunlarındakı hakim səhvləri ilə bağlı yazı dərc edib.
Xüsusən də Azərbaycan Kubokunun yarımfinalında “Turan Tovuz” – “Zirə” (0:2) və Premyer Liqanın 26-cı turunda “Araz-Naxçıvan” – “Sabah” (2:4) görüşlərinə diqqət daha böyük olub. Bildirilib ki, bu iki qarşılaşmadakı hakim səhvləri həm kubokda, həm də çempionatda mövsümün gedişatına ciddi təsir göstərə bilər: “Həmyerlimiz Stas Pokatilovun formasını geyindiyi “Sabah”ın “Araz-Naxçıvan”la matçındakı idarəçilik yerli futbol ictimaiyyəti tərəfindən xoş qarşılanmadı. Hər iki komandanın narazı qaldığı epizodlar oldu. Sonda Pokatilovlu “Sabah” əzmkar qələbə qazanaraq, çempionluq yolunda daha bir maneəni dəf etdi”.
Qeyd edək ki, Misli Premyer Liqasında 26 turdan sonra “Sabah” 65 xalla turnir cədvəlinə başçılıq edir.






