“Araz-Naxçıvan”la oyunda dubla imza atan “Sabah”ın (4:2) hücumçusu Coy-Lens Mikelsin birinci qolu bu mövsüm Premyer Liqamızda əcnəbi futbolçuların vurduğu 300-cü qol kimi yadda qalıb.

Mövsüm ərzində legionerlər ümumilikdə 302 dəfə fərqləniblər. Yerli oyunçuların vurduğu top sayı isə 89-dur. 10 dəfə də avtoqol qeydə alınıb. Bir görüşdəki texniki nəticəni nəzərə almasaq, bu mövsüm qapılara ümumilikdə 401 qol vurulub.

Əcnəbilərin üstünlüyü 26-cı turda özünü aşkar büruzə verib. Qapılara vurulan 23 qoldan 21-i məhz legionerlərin aktivinə yazılıb. Bu, legionerlərin cari mövsümdəki ən yüksək göstəricisidir. Buna qədər 8-ci və 10-cu turlarda əcnəbilər 20 dəfə fərqlənmişdilər. Bu turda 1 dəfə avtoqol qeydə alınıbsa, cəmi 1 qolda yerli oyunçunun adı var.

Shares: