Bu gün UEFA Avropa Liqasının 1/4 final mərhələsində daha üç oyun keçiriləcək.
Almaniyada “Frayburq” “Selta”nı sınağa çəkəcək. “Portu” İngiltərə təmsilçisi “Nottinqem Forest”lə qarşılaşacaq. İtaliyada isə “Bolonya” və “Aston Villa” münasibətlərinə aydınlıq gətirəcəklər.
UEFA Avropa Liqası
1/4 final mərhələsi, ilk oyunlar
23:00. “Portu” (Portuqaliya) – “Nottinqem Forest” (İngiltərə)
23:00. “Frayburq” (Almaniya) – “Selta” (İspaniya)
23:00. “Bolonya” (İtaliya) – “Aston Villa” (İngiltərə)
Qeyd edək ki, ötən gün Portuqaliyanın “Braqa” komandası evdə “Betis”lə (İspaniya) heç-heçə edib – 1:1.






