MBA-da bu gecə müntəzəm çempionatın 7 oyunu keçirilib.
Əsas hadisə “Oklahoma Siti Tanders”in “Klippers” üzərində qələbəsi olub – 128:110. Bununla da, son çempion Qərb konfransında 1-ci yeri təmin edib.
Nikola Yokiçin növbəti tripl-dablı sayəsində “Denver Naggets” Memfis komandasını məğlubiyyətə uğradıb – 136:119.
Digər oyunlardakı nəticələr belədir:
San Antonio – Portlend 112:110
Detroyt – Miluoki 137:111
Klivlend – Atlanta 122:116
Orlando – Minnesota 132:120
Finiks – Dallas 112:107






