2011-ci ildə Papa XVI Benediktin Madridə səfərinin təşkilatçıları F1 pilotu Fernando Alonsoya “Papamobil”i idarə etməyi həvalə etməyə çalışıblar. Lakin Papanın İspaniyaya səfərlərinin koordinatoru İaqo de la Siervanın sözlərinə görə Vatikan bunu rədd edib.
“2011-ci ildə biz xüsusi olaraq “Papamobil”i Fernando Alonsonun idarə edə biləcəyini soruşduq. Onlar qəzəbləndilər və bizə dedilər: “Qətiyyən yox!” Mən bu fikri müdafiə etdim və dedim: “Düşünürəm ki, o, maşın sürə bilir. Papanı heç bir təhlükə gözləmir”. Amma onlar maşını milli polisin idarə edəcəyini dedilər. Və belə də oldu”, – deyə “RacingNews365”a mesahibəsində de la Sierva bildirib.
2011-ci ildə Alonso “Ferrari” komandasının üzvü idi. Həmin il o, çempionatda dördüncü yeri tutmuşdu.






