UEFA Çempionlar Liqasının 1 /4 final mərhələsinin matçlarından sonra “Qarabağ”ın futbolçuları hələ də müxtəlif göstəricilərdə ən yaxşılar arasındadırlar.

Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə Çempionlar Liqası oyunlarında ən yüksək sürətə malik oyunçular siyahısına qoşulub.

O, saatda 36,5 km sürətlə ilk beşliyi tamamlayır. İlk üçlüyə “Pafos”un hücumçusu Landri Diamata (39,6), “Bayer”in forvardı Patrik Şik (39,6) və PSJ-nin cinah oyunçusu Bredli Barkola (36,7) daxil olub.

Eyni zamanda, “Qarabağ”ın qapıçısı Mateuş Koxalski seyvlərdə (45) dördüncü pillədəki yerini qoruyub. O, “Budo-Qlimt”in qapıçısı Nikita Haykin (68), “Real”dan Tibo Kurtua (56) və “Qalatasaray”ın qapıçısı Uğurcan Çakırdan (48) geri qalır.

“Qarabağ” ümumi mərhələdə 22-ci yeri tutub və pley-off oyunlarından sonra Çempionlar Liqasını tərk edib.

Shares: