İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, Misli Premyer Liqasının XXVI turunda keçirilən 2 oyunla bağlı qərarlar açıqlanıb.

“Zirə” – “Şamaxı” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə meydan sahibləri 2000 manat cərimələnib.

Qarşılaşmanın 53-cü dəqiqəsində “Şamaxı”nın futbolçusu Dioqo Balau ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq diskvalifikasiya edilib, klubunu 1000 manat ziyana salıb.

“Araz-Naxçıvan”ın 4 futbolçusu “Sabah”la matçda sarı vərəqə aldığı üçün klub 700 manat cərimə olunub.

Oyun bitdikdən sonra “Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza ilə üzləşib. “Araz-Naxçıvan” isə 2500 manat cərimə edilib.

Shares: