AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib.
Futbolinfo.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
U-13 Liqasında keçirilən UGİM (Culfa) – UGİM (Şərur) oyunu bitdikdən sonra birincilərin heyətində 2012-ci il təvəllüdlü Əli Əsgərlinin meydana daxil olması səbəbindən Culfa təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-12 Liqasında keçirilən “Araz Saatlı” – “Xan Marafon” İK oyununun 44-cü dəqiqəsində qonaqların məşqçisi Raqib Məmmədov hakimə etiraz olaraq futbolçularını meydandan çıxartdığı üçün onun komandası 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.






