Azərbaycanın stolüstü tennisçisi Nihad Məmmədov adını “Ginnesin Rekordlar Kitabı”na yazdırmaq niyyətindədir.

Bu barədə Futbolinfo.az-a Azərbaycan Stolüstü Tennis Federasiyasından bildirilib.

Milli üzvü aprelin 12-də “Şüa İdman Kompleksi”ndə təşkil olunacaq mərasimdə topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləməyə çalışacaq.

Nihad Məmmədov bu hərəkəti 17 metr məsafədən həyata keçirməyi planlaşdırır.

Bu rekord hazırda 16.70 metr nəticə ilə türkiyəli Osman Gürcüyə məxsusdur.

Shares: