Misli Premyer Liqasının 27-ci turunda “Qarabağ”ı qəbul edəcək “Şamaxı” uzunmüddətli həsrətə son qoymağa çalışacaq.
Futbolinfo.az saytının məlumatına görə, bölgə komandası çempionatda 25 oyunluq qələbə seriyasını qırmaq əzmində olacaq. “Şamaxı” bu müddətdə qarşılaşmalardan yalnız 7-də 1 xalla kifayətlənib, 18 görüşdə isə məğlub olub. Şamaxılılar sonuncu dəfə 8 il əvvəl – 2018-ci ilin oktyabrında “Qarabağ”a qalib gəlməyi bacarıb. Həmin vaxt komandanın “Keşlə” adını daşıyırdı.
Son 5 səfər oyununda rəqibini məğlub edən “Qarabağ” qonaq meydanında 13 matçdır yenilgi üzü görmür. Ağdam təmsilçisi bu rəqibinə qarşı son oyunların 4-də heç-heçə edib, 9 dəfə qalib gəlib.
“Şamaxı” sabah sensasiya edərək “Qarabağ”ı 3 dəfə mərkəzə dəvət etməyi bacarsa, bu komanda ilə matçlardakı ümumi qol sayını 50-ə çatdıracaq.
Ayxan Abbasovun yetirmələri bu mövsüm kubokda ev oyununda ağdamlıları 2:1 hesabı ilə yenməyi bacarmışdı.
Qeyd edək ki, sabah Şamaxı şəhər stadionunda “Şamaxı” – “Qarabağ” oyunu saat 15:30-da başlayacaq.





