UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona” – “Atletiko” matçının (0:2) baş hakimi İştvan Kovaçı cari mövsümün sonuna qədər oyunlardan kənarlaşdırılıb.

İspaniya mətbuatının məlumatına görə, rumıniyalı referinin sözügedən qarşılaşmada bir neçə ciddi səhvə yol verdiyi aşkarlanıb.

“Barselona” klubu hakimin idarəçiliyindən və VAR otağının fəaliyyətindən rəsmi şikayət edib. Kataloniyalılar oyunun 54-cü dəqiqəsində rəqib futbolçunun cərimə meydançasında topla əllə oynamasına baxmayaraq, penalti təyin edilməməsini əsas gətiriblər.

Qeyd edək ki, cəzaya baxmayaraq, Kovaç DÇ-2026-da iş başında olacaq. Onun adı FIFA-nın turnir üçün hazırladığı hakim siyahısına daxil edilib.

Shares: