MBA-da müntəzəm çempionat 6 oyunla davam edib.
Qərb konfransında 4-cü yer uğrunda gərgin mübarizə aparan “Los Anceles Leykers” ardıcıl məğlubiyyətlərdən sonra “Qolden Steyt Vorriors”a qalib gəlib – 119:103. Lebron Ceyms oyunu 29 xal, 8 ribaund və 11 asistlə tamamlayıb.
Əsas rəqib olan “Hyuston Rokets” evdə Filadelfiya komandasına qalib gəlib – 113:102. Alperen oyunu 8 xal və 12 ribaundla bitirib.
Digər oyunlardakı nəticələr belədir:
Nyu-York – Boston 112:106
Bruklin – İndiana 92:123
Toronto – Mayami 128:114
Vaşinqton – Çikaqo 108:119





