Basketbol üzrə Avroliqada müntəzəm çempionatın 37-ci turu davam edir.
Çempionatın lideri “Olimpiakos” vacib qarşılaşmada “Hapoel”ə qalib gəlib – 89:85. Sona 1 tur qalmış Yunanıstan komandası ldierliyini davam etdirir.
“Fənərbağça” ardıcıl 5-ci dəfə məğlub olub. Bu dəfə İstanbuldan Madrid “Real”ı qələbəylə dönüb. 69:74 hesablı məğlubiyyətdən sonra türklər 4-cü pilləyə eniblər. “Real” isə 3-cü sıraya qalxıb. İkinci pillədə qərarlaşan “Valensiya” evdə “Panatinaiakos”a qalib gəlib – 102:84.
Digər oyunlardakı nəticələr belədir:
Olimpia – Bayern 84:94
Paris – Makkabi 113:80





