Özbək şahmatçı Cavohir Sindarov İddiaçılar Turnirində qələbələrin sayına görə yeni rekord müəyyənləşdirib. Hazırda onun aktivində 6 qələbə var. Bu da turnirin müasir formatının 2013-cü ildə tətbiq olunmasından bəri ən yüksək göstəricidir.
10 oyundan sonra Sindarov 8 xalla turnir cədvəlinə başçılıq edir. Onun son qələbəsi hindistanlı rəqibi Rameşbabu Praqnanandhaa üzərində olub.
Xatırladaq ki, turnir Kiprin Peyia şəhərində keçirilir. Aprelin 16-da yarışlara yekun vurulacaq. Qalib hazırkı dünya çempionu hindistanlı Qukeş Dommaraju ilə qarşılaşacaq.






