Papa XIV Leo İtaliyanın olimpiya komandası ilə görüşüb.

Vatikandakı Apostol Sarayının Klementin zalında keçirilən tədbirdə Qış  Olimpiya və Paralimpiya Oyunlarının qalibləri və medalçıları – dağ xizəkçiləri Federika Brinyone və Sofiya Qoqqia, şort-trekçilər Arianna Fontana, biatlonçu Liza Vittozzi, fiqurlu konkisürənlər və digər idmançılar iştirak ediblər.

İdmançılara müraciətində Papa idmanın həyati missiyasını vurğulayıb.

“Dağıdıcı müharibələrə çevrilən qütbləşmə, rəqabət və münaqişələrlə xarakterizə olunan bu dövrdə sizin gördüyünüz iş daha da böyük dəyər qazanır. İdman mehriban atmosferi təbliğ edir. Bu, çox böyük bir missiyadır “, – deyə Papa bildirib.

Shares: