Azərbaycanın kayak və kanoe üzrə gənclərdən ibarət milli komandaları Türkiyənin Muğla şəhərində keçiriləcək “Bahar Kuboku” beynəlxalq reqatasında iştirak edəcəklər.
Bu barədə Futbolinfo.az-a Azərbaycan Su İdman Növləri Federasiyasından məlumat verilib.
Ölkənin yeddi idmançısı sözügedən yarışda mübarizə aparacaq.
Elmir Tarverdiyev, Mustafa Vəlizadə, Qiyas Əhmədov, Tengiz Qaqnidze kayak qayığında, Hüseyn Səmədli, Vaqif Mustafazadə, Fəxri Sadıqlı isə kanoe növündə mükafatçılar sırasına düşməyə çalışacaqlar.






