Almaniyanın “Borussiya” (Dortmund) klubu müdafiəçi Niko Şlotterbeklə müqavilənin müddətini uzadıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu ilə yeni sözləşmə 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Onun əvvəlki müqaviləsinin vaxtı 2027-ci ildə başa çatmalı idi.

Şlotterbek cari mövsümdə “Borussiya”nın heyətində 31 oyunda meydana çıxıb və 4 qol vurub. O, 2022-ci ilin yayında Almaniyanın “Frayburq” klubundan Dortmund təmsilçisinə transfer olunub.

Futbolçu “Borussiya”da ümumilikdə 155 oyun keçirib və 10 qolla yadda qalıb.

Shares: