“Daily Mail” qəzetinin məlumatına görə, 28 yaşlı niderlandlı pilot və dördqat dünya çempionu Maks Ferstappen 2026-cı il çempionatının sonuna qədər “Red Bull”da qalmağı planlaşdırır. Bundan başqa onun gələn il də komandada qalması gözlənilir.

“Təbiətcə sadiq bir insan olan Ferstappen hazırda komandadan ayrılmağı düşünmür və ilin sonuna qədər və bəlkə də ondan sonra “Red Bull”da qalacaq. Etibarlı mənbələrdən aldığım məlumata görə, o, bütün Formula 1 karyerasını keçirdiyi və böyük uğurlar qazandığı quruma sadiq qalmaq istəyir”, – deyə jurnalist Conatan Makevi köşə yazısında qeyd edib.

Shares: