“Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir cari mövsümün sonunda Ağdam təmsilçisi ilə yollarını ayıracaq. Bu barədə Fransanın “L Equipe” nəşri məlumat yayıb.
Məndənin yazdığına görə, futbolçunun yeni klubu artıq müəyyənləşib. O, karyerasını Qətər təmsilçisi “Əl Şahaniyə”də davam etdirəcək. Transferin detalları açıqlanmasa da, müqavilənin şərtləri artıq razılaşdırıb.
Zubir 2018-ci ildən “Qarabağ”da çıxış edir. Mərakeş əsilli fransalı vinger “köhlən atlar”ın heyətində 355 oyun keçirib, 77 qol vurub və 94 məhsuldar ötürmə edib.
Zubirin “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Bu səbəbdən onun gedişi üçün klubun da razılığı lazımdır. “Qarabağ”ın yarımmüdafiəçisinin keçidindən nə qədər qazanacağı bilinmir.






