Omba zədəsindən sağalmaqda olan Luka Donçiç Avropada ilk müalicəsi kursunu başa vurub.
“Los Anceles Leykers” komandasının hücumçusu zədəni sağaltmaqdan əlavə qızlarını görmək üçün Sloveniyaya yollanıb. “Ekipa”nın məlumatına görə, basketbolçunun pley-offun ikinci raunduna qədər sağalmaq şansı var.
Sloveniyanın paytaxtına səfəri “Leykers” rəhbərliyi ilə razılaşdırılıb. Donçiç İspaniyada müalicəyə başladıqdan sonra ailəsinin yanına qayıdıb. O, tezliklə müalicənin ikinci mərhələsi üçün Madridə gedəcək. Hazırkı sağalma qrafiki sloveniyalı hücumçunun pley-offun ikinci raunduna qədər meydana qayıtmaq şansını yaradır.
“Leykers” artıq birinci raundda pley-offa vəsiqə qazanıb və seriyaya evdə başlayacaq. Komandanın rəqibi “Hyuston Rokets” olacaq.






