“Bayern” futbol üzrə Almaniya çempionatının bir mövsümündə vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Futbolinfo.az xəbər verir ki, sözügedən komanda 29-cu turun “Sankt Pauli”yə qarşı səfər matçında 5 cavabsız qola sevinib.

Ümumilikdə Münhen klubu turnirin cari mövsümündə 105 qol vurub. Əvvəlki rekord da 1971/72-ci illər mövsümündə çempionatda rəqib qapılarından 101 dəfə top keçirən “Bayern”ə məxsus idi.

“Bayern” Almaniya çempionatında qələbələrin sayına (34) görə rekordçudur.

Shares: