“Şamaxı”nın qapıçısı Rikardo Fernandes cari mövsüm Misli Premyer Liqasında ən çox quru oyun keçirən qolkiperlər sırasında birinci pilləyə yüksəlib.
Futbolinfo.az saytının məlumatına görə, portuqaliyalı qolkiper 27-ci turda “Qarabağ”la qolsuz bərabərlik sayəsində liderliyi ələ keçirib.
Fernandes bununla 12-ci dəfə matçı qol buraxmadan tamamlayıb. O, aktivində 11 quru oyun olan Stas Pokatilov (“Sabah”) və Kenan Piriçi (“Neftçi”) geridə qoyub.
Qeyd edək ki, Rikardo Fernandes daha əvvəl IV, VII, IX, XI, XII, XIV, XVIII, XX, XXI, XXIII və XXIV turlarda qol buraxmayıb.






