Milli Basketbol Assosasiyasında müntəzəm çempionata yekun vurulub. Son oyun günündə 15 görüş baş tutub.
Oyunların nəticələrinə görə konfranslarda yerlər rəsmiləşib. “Leykers” evdə “Yuta Caz”a qalib gəlməklə 4-cü yeri tutaraq ev üstünlüyü əldə edib. “Denver Naggets” də San-Antonioda qalib gələrək 3-cü yeri əldən verməyib.
Qeyd edək ki, bəzi komandalar pley-off öncəsi əsas oyunçularına istirahət verərək ehtiyat heyətlə çıxış edib.
Son günün nəticələri belədir:
Boston – Orlando 113:108
Toronto – Bruklin 136:101
Klivlend – Vaşinqton 130:117
İndiana – Detroyt 121:133
Filadelfiya – Miluoki 126:106
Mayami – Atlanta 143:117
Nyu-York – Şarlott 96:110
Dallas – Çikaqo 146:128
San-Antonio – Denver 118:128
Klippers – Qolden Steyt 115:110
Portlend – Sakramento 122:110
Hyuston – Memfis 132:101
Leykers – Yuta 131:107
Minnesota – Nyu-Orlean 132:126
Oklahoma – Finiks 103:135







