AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində məşqçilər üçün UEFA-nın B kateqoriyalı məşqçi kursunun 3-cü mərhələsinə start verilib.

Futbolinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, məşğələlər aprelin 16-dək davam edəcək.

Məşqçi kursuna AFFA-nın Təhsil Şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov rəhbərlik edirlər.

Shares: