Endryu Robertson özünə yeni komanda tapıb. 32 yaşlı cinah müdafiəçisi Londona köçür.
Futbolinfo.az xəbər verir ki, mövsümün sonunda “Liverpul”dan ayrılacağı açıqlanan şotlanda “Tottenhem” müştəri düşüb. Paytaxt təmsilçisi yayda azad agentə çevriləcək oyunçu ilə 3 illik müqavilə bağlamağı planlaşdırır.
Robertson Liverpul klubunda 9-cu mövsümünü keçirir. O, yeni komandasını seçmək üçün bütün təkliflərə baxıb dəyərləndirmək niyyətindədir.






