“Real” Qonsalo Qarsiyanı icarəyə verəcək. Gənc hücumçu əsas heyətə düşməyi bacarmadığından madridlilər onun təcrübə yığmaq üçün bir il başqa komandada olmaını istəyir.

Futbolinfo.az xəbər verir ki, forvard komandada qalıb heyətdə yer üçün mübarizə aparmaq niyyətindədir. Lakin rəhbərlik onun məşqçilərin planlarına daxil olmadığını bildirib və özünə komanda axtarmasını istəyib.

Qonsalo “Real”a qayıtmaq şərti ilə gedə bilər. O, karyerasını yetirməsi olduğu komandaya həsr etmək istəyir.

Shares: