2-ci Liqada 22-ci tura start verilib.

Futbolinfo.az xəbər verir ki, bu gün 3 oyun baş tutub.

“Araz Saatlı” “Göygöl”ü, “Ağdaş” “Kür-Araz”ı xalsız yola salıb. “Şirvan” isə “Şəmkir”i üstələyib.

2-ci Liqa
22-ci tur

13 aprel

“Araz Saatlı” – “Göygöl” 2:1
Qollar: Elariz Xəlilli, 9 – Fərid Məmmədov, 83-pen. Ülvi Cəlilov, 84.

“Ağdaş” – “Kür-Araz” 1:0
Qol: Elçin Süleymanov, 76-pen.

“Şəmkir” – “Şirvan” 0:1
Qol: Elgün Xəlilov, 88.

Shares: