Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin də formasını geyindiyi “Partizani” Albaniya Super Liqasında 31-ci turun oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, sözügedən komanda səfərdə “Elbasani” ilə qarşılaşıb.

“Partizani” bu oyunda 0:3 hesablı məğlubiyyətə üzülüb. İsgəndərli meydana start heyətdə çıxıb və 62-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, hazırda turnir cədvəlində “Partizani” 44 xalla 5-ci yerdədir.

Shares: