Almaniya Bundesliqasında 31-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün 6 oyun baş tutub.

“Volfsburq” – “Borussiya” (Mönhenqladbax) və “Auqsburq” – “Ayntraxt” görüşlərində qalib müəyyənləşməyib. “Hamburq” evdə “Hoffenhaym”a, “Köln” “Bayer”ə uduzubsa, “Haydenhaym” “Sankt Pauli”yə qalib gəlib. “Bayern” isə bu turda “Maynts”la oyunda möhtəşəm əzmkarlıq nümayiş etdirərək qələbə qazanıb.

Almaniya Bundesliqası
31-ci tur
24 aprel

Leypsiq – Union Berlin 3:1
Qollar: Finkarqafe, 22. R.Kardozo, 25. Baku, 63 – Doexi, 78.

25 aprel

Auqsburq – Ayntraxt 1:1
Qollar: Kade, 44 – Doan, 66.

Köln – Bayer 1:2
Qollar: Valdşmit, 77 – Şik, 43-pen; 52.

Haydenhaym – Sankt Pauli 2:0
Qollar: Zivzivadze, 3. E.Dinkci, 82.

Maynts – Bayern 3:4
Qollar: Köhr, 15. Nebel, 29. Bekker, 45+2 – N.Cekson, 53. Olise, 73. Musiala, 80. H.Keyn, 83.

Volfsburq – Borussiya (Mönhenqladbax) 0:0

Hamburq – Hoffenhaym 1:2
Qollar: Qlatsel, 34-pen – Asllani, 18. Lemperle, 45.

26 aprel

17:30. Ştutart – Verder
19:30. Borussiya (Dortmund) – Frayburq

Shares: