2026-2027 mövsümü üçün Almaniya Bundesliqasına vəsiqə qazanan ilk komanda bəlli olub. “Şalke” çətin mübarizədən sonra istəyinə çatıb.
Miron Musliçin komandası Almaniyanın 2-ci Bundesliqanın 32-ci turunda “Fortuna” (Düsseldorf) üzərində 1:0 hesablı qələbə qazanaraq xallarını 67-ə çatdırıb və elitadakı yerini təmin edib.
Qeyd edək ki, “Şalke” 3 mövsümdür aşağı dəstədə çıxış edirdi.






