“Əl-Nəsr” və Portuqaliya milli komandasının hücumçusu Kriştianu Ronaldonun oğlu Avropa liqalarından birinə keçə bilər.

“The Sun” qəzetinin məlumatına görə, gənc futbolçu Portuqaliyanın “Sportinq” və ya Almaniyanın “Borussiya” (Dortmund) klublarından birində oynaya bilər.

Mənbənin məlumatına görə, kiçik Ronaldo karyerasını Avropada davam etdirmək istəyir. Atası “Yuventus” və “Mançester Yunayted” kimi klublarda oynayarkən o bu klubların gənclər komandalarında çıxış edib.

Bir müddət əvvəl “Əl-Nəsr”in Ronaldonun oğlunun gənclər komandasından gələn mövsüm əsas komandaya cəlb etməyi planlaşdırdığı bildirilirdi.

Əlavə edək ki, Kriştianu Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Shares: