"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir. Futbolinfo.az xəbər verir ki, komanda hazırlığın 14-cü günündə iki məşqlə kifayətlənib. 

Günün ilk məşqi fitnes zalında baş tutub. Günün ikinci məşqi isə yerli vaxtla saat 18:30-da (Bakı vaxtı ilə 20:30) meydançada keçib. Çalışmalar saat yarım davam edib. Zədəli futbolçu Namiq Ələsgərov fizioterapevt nəzarəti altında hazırlığını davam etdirib.

Qeyd edək ki, "Qarabağ" bu gün Bakı vaxtı ilə saat 20:00-da son Albaniya çempionu "Şkenderbeu" ilə yoxlama oyunu keçirəcək.

Xatırladaq ki, Ağdam təmsilçisi ilk yoxlama görüşündə Avstriyanın "Vakker" komandasına 0:1 hesabı ilə məğlub olub, ikinci hazırlıq matçında isə Rusiyanın "Zenit" klubuna eyni hesabla qalib gəlib.

Shares: