Futbol üzrə DÇ-2026-da daha iki oyun baş tutub. I qrupunun II turunun matçlarında favoritlər qələbə qazanaraq pley-offa vəsiqəni təmin edib.

Öncə Fransa İraq millisini məğlubiyyətə uğradıb. Filadelfiya stadionunda keçirilən görüş 4 saata yaxın davam edib. İkinci hissənin startı şiddətli yağış və ildırım səbəbindən təxminən 2 saata yaxın ləngiyib. Yağışın şiddəti azaldıqdan sonra matç yenidən davam etdirilib.

3:0 hesabı ilə bitən görüşdə Fransanın heyətində Kilian Mbappe (14, 54) dublla yadda qalıb. Yekun nəticəni müəyyənləşdirən qolu isə 66-cı dəqiqədə Usman Dembele vurub.

Daha sonra ilk turu qələbə ilə başa vuran Norveç də fransızlardan geri qalmadığını göstərib. Amma skandinaviyalıların Seneqal üzərində qələbəsi çətin alınıb.

Nyu-York/Nyu-Cersi stadionunda keçirilən matçda 5 qol vurulub və yekunda avropalılar 3:2 hesabına sevinib. Norveçin qollarını Markus Pedersen (43) və Erlinq Haland (48, 58) vurublar. Seneqalın heyətində isə İsmail Sarr (53, 90+3) dublla yadda qalıb.

opSLldak6Oq9vWRfxm57FsxhV3f5iUe7g3ZTWYIM 1200 - Futbolinfo.az
Shares: