“Lill”in sabiq baş məşqçisi Bruno Genesio karyerasını Marsel “Olimpik”ində davam etdirəcək.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 59 yaşlı fransalı mütəxəssis Marsel təmsilçisinin çalışdırıcısı təyin olunub.

Genesionun son iş yeri Fransanın digər təmsilçisi “Lill” olub. O, 2025/2026 mövsümünün başa çatmasının ardından komandadan ayrılmışdı.

Marsel “Olimpik”i ötən mövsüm Liqa 1-də 59 xal toplayaraq, turnir cədvəlini 6-cı pillədə başa vurub. Komanda yeni mövsümdə UEFA Avropa Liqasında mübarizə aparacaq.

Shares: