“Barselona”nın mərkəz müdafiəçisi Andreas Kristensen klubla yeni müqavilə imzalayıb.
Futbolinfo.az Kataloniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında yeni müqavilənin imzalandığı açıqlanıb.
30 yaşlı futbolçunun əvvəlki müqaviləsinin müddəti iyunun sonunda başa çatıb və yeni müqavilə 2028-ci ilin ortalarına qədər qüvvədədir.
Kristensen 2022-ci ildən “Barselona”da çıxış edir. O, 2025/26 mövsümündə zədə səbəbindən cəmi 18 oyunda iştirak edib və 1 qol vurub. Müdafiəçi Kataloniya klubunun heyətində ümumilikdə bütün yarışlarda 98 oyunda meydana çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
