2026/27 mövsümünün səfər oyun dəsti “Qara Qızıl” adını daşıyır.

Futbolinfo.az xəbər verir ki, tamamilə qara rəngdə hazırlanan forma qızılı detalları ilə klubun da adını götürdüyü, milli sərvətimiz olan neftə ehtiramın simvoludur.

“Neftçi” sadəcə bir klub adı deyil. O, onilliklərdir milyonlarla insanın qəlbində yaşayan dəyərdir. Məhz buna görə də bu formanın əsas rəngləri qara və qızılı seçilib. Qara – nefti, qızılı isə onun dəyərini ifadə edir.

“Kappa” tərəfindən eksklüziv olaraq “Neftçi” üçün hazırlanan formada klubun embleminin iki əsas elementi – neft buruğu və “N” hərfi əsasında xüsusi ornament hazırlanıb. Bu naxış yalnız bu forma üçün yaradılıb və onu tamamilə unikal edir.Minimalist görünüşü, özəl naxışları və qızılı detalları ilə “Qara Qızıl” müasir dizaynı klubun tarixi ilə birləşdirir. Hər detal “Neftçi” adının haradan gəldiyini və nəyi təmsil etdiyini xatırladır.

3jpgjpeg 2026 07 01 174819 - Futbolinfo.az
4jpgjpeg 2026 07 01 174820 - Futbolinfo.az
5jpgjpeg 2026 07 01 174820 - Futbolinfo.az
6jpgjpeg 2026 07 01 174820 - Futbolinfo.az
7jpgjpeg 2026 07 01 174820 - Futbolinfo.az
11jpgjpeg 2026 07 01 174820 - Futbolinfo.az
12jpgjpeg 2026 07 01 174820 - Futbolinfo.az
13jpgjpeg 2026 07 01 174821 - Futbolinfo.az
16jpgjpeg 2026 07 01 174821 - Futbolinfo.az
Shares: