Bu mövsüm UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksələn klubların qazancı açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, turnirin əsas mərhələsində iştirakın özü klublara təxminən 18,62 milyon avro qazandırıb.

Bundan başqa, UEFA-nın digər ödənişləri, o cümlədən tarixi reytinq və televiziya bazarı üzrə paylar hesabına əlavə gəlirlər də olacaq. Bu isə o deməkdir ki, tarixində ilk dəfə bu turnirə qatılan və Liqa mərhələsinə yüksələn Azərbaycan çempionu “Sabah” ən azı 20 milyon avro gəlir əldə edəcək. Bu məbləğ komandanın Liqa mərhələsindəki nəticələrindən asılı olmayaraq, müxtəlif UEFA ödənişləri hesabına formalaşır.

Əlavə olaraq, əsas mərhələdə hər qələbəyə 2,1 milyon avro, heç-heçəyə isə 700 min avro veriləcək. Turnir cədvəlində tutulan yerə və pley-off mərhələlərinə yüksəlməyə görə də əlavə bonuslar nəzərdə tutulub.

PSJ kimi UEFA reytinqi və kommersiya göstəriciləri yüksək olan nəhəng klubların zəmanətli gəliri “Sabah”ın qazancından təxminən üç dəfə çox — 60 milyon avrodan artıq ola bilər. Yəni Çempionlar Liqasının yeni gəlir bölgüsü sistemi böyük klublara daha yüksək “value pillar” və tarixi reytinq payı qazandırır.

Shares: