“İnter Mayami” yeni baş məşqçisinin adını açıqlayıb.
MLS təmsilçisi Kili Qonsaleslə razılığa gəlib. Bu barədə ABŞ klubunun mətbuat xidməti məlumat yayıb.
Qonsales müvafiq iş icazəsini aldıqdan sonra vəzifəsinin icrasına başlayacaq. Həmin vaxta qədər komandaya hazırkı baş məşqçi Qilyermo Hoyos rəhbərlik edəcək.
Qeyd edək ki, “İnter Mayami” hazırda MLS-də 39 xalla 3-cü pillədə qərarlaşıb.
