Mövsümün nüfuzlu velosiped yarışı olan “Vuelta”da 6-cı mərhələ geridə qalıb.

İspaniyanın Alkosebre ilə Kastelyon de la Plana məntəqələri arasında keçirilən yarışda Tadey Poqaçar uğur qazanıb. “UAE Emireyts” komandasının sloveniyalı velosipedçisi 177,4 km məsafəni 4 saat 12 dəqiqə 40 saniyəyə qət edib.

Qeyd edək ki, Poqaçar “Vuelta”da bu mövsüm daha 2 yarışda finiş xəttini birinci keçmişdi. 6-cı mərhələdə 2-ci yerə “Movistar” komandasının ispaniyalı üzvü Enrik Mas çıxıb. O, Poqaçarla eyni nəticəni göstərsə də, fotofiniş nəticələri onun əleyhinə işləyib. “Alpesin” komandasının belçikalı üzvü Ramses Debrüyne isə mübarizəni 3-cü sırada başa vurub.

Şəxsi birinciliyə gəlincə, Poqaçar burada da liderliyini davam etdirir. O, hazırda 11 saat 26 dəqiqə 1 saniyəlik göstərici ilə ilk sırada qərarlaşıb. Enrik Mas isə ikinci sıraya yüksəlib. Pirineyli velosipedçi liderdən 3 dəqiqə 34 saniyə geridə qalır. “Red Bull”u təmsil edən sloveniyalı Primoj Roqliç isə 3-cü pilləyə enib. O, həmyerlisindən 4 dəqiqə 21 saniyə geridədir.

Shares: