Qadınlar arasında voleybol üzrə Avropa çempionatında növbəti oyun gününün qarşılaşmaları başa çatıb.
Azərbaycan millisinin yer aldığı C qrupunda Niderland Belçikaya, Rumıniya isə Portuqaliyaya 2:3 hesabı ilə uduzub. Bu nəticələrdən sonra Belçika 13 xal toplayaraq qrupun lideridir, Niderland 9, Azərbaycan 8, Portuqaliya 5, Rumıniya 3, İspaniya isə 1 xal toplayıb.
A qrupunda Polşa Almaniyanı 3:0, Latviya isə Macarıstanı 3:2 hesabı ilə məğlub edib. Qrupda Türkiyə və Polşa 12 xal toplayaraq ilk iki pilləni bölüşür, Almaniya 6, Sloveniya 5, Latviya 3, Macarıstan isə 1 xala malikdir.
B qrupunda Serbiya Ukraynanı, Çexiya isə Bolqarıstanı 3:0 hesabı ilə üstələyib. Serbiya 15 xalla liderdir, Çexiya 12, Yunanıstan 8, Bolqarıstan 5, Ukrayna 4 xal toplayıb. Avstriya isə 0 xalla sonuncudur.
D qrupunda Xorvatiya Monteneqronu 3:2, Fransa isə İsveçi 3:1 hesabı ilə məğlub edib. İtaliya 15 xal toplayaraq qrupun lideridir, Fransa 12, İsveç 7, Slovakiya, Xorvatiya və Monteneqro hərəyə 5 xal toplayıb.
