İspaniyanın “Barselona” klubunun sabiq futbolçusu Kristian Telyo peşəkar karyerasını başa vurub.
Futbolinfo.az xəbər verir ki, Kataloniya təmsilçisinin yetirməsi bu barədə sosial şəbəkə hesabında yazıb.
35 yaşında karyerasını bitirən İspaniya millisinin keçmiş üzvü altı ölkədə 512 oyun keçirib.
O, “Barselona”nın əsas komandasından başqa, İspaniyada “Betis”, İtaliyada “Fiorentina”, Portuqaliyada “Portu”, ABŞ-nin “Los Anceles”, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin klublarında oynayıb.

